İsrail ordusu 20 saat sonra bu ərazidən geri çəkildi


İsrail ordusu bu ərazidən geri çəkildi.

Turkustan.az xəbər verir ki, İsrail ordusu böyük dağıntılar qoyaraq, 20 saat sonra işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tulkərim şəhərindən və qaçqın düşərgələrindən geri çəkilib.

Ordu Ayn Şəms və Tulkərim qaçqın düşərgələrindən geri çəkildikdən sonra bölgə sakinləri küçələrə çıxaraq bomba və buldozerlərin yaratdığı böyük dağıntılarla üzləşiblər.

Bildirək ki, İsrailin Qəzza zolağına hücumlarında ölənlərin sayı 46 mini keçib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ