" Putin hər zaman dialoqa hazırdır".
Turkustan.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O, bildirib ki, Rusiya prezidenti Vladimir Putin bunu yalnız o halda alqışlayacaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra onunla əlaqə saxlayacaq.
“Əgər vəzifəyə gəldikdən sonra Trampın ən yüksək səviyyədə təmasları bərpa etmək üçün siyasi iradəsi davam edərsə, əlbəttə ki, prezident Putin bunu ancaq alqışlayacaq”-deyə, Kreml sözçüsü bildirib.
Peskov xatırladıb ki, Rusiya Federasiyasının prezidenti dəfələrlə dialoqa hazır olduğunu və bu dialoqun zəruriliyindən danışıb.
Qeyd edək ki, daha əvvəl Tramp Putinlə danışıqlar aparmaq istədiyini bildirib və bunun rəsmi olaraq vəzifəyə gəldikdən sonra ilk 6 ay ərzində baş verə biləcəyini etiraf edib. Peskovun sözlərinə görə, indiyədək Amerika tərəfdən belə əlaqə üçün heç bir müraciət olmayıb.
Aytən Yaşar/ Turkustan.az