Suriya lideri ölkəsi ilə bağlı yeni açıqlama verib.
Turkustan.az xəbər verir ki, Suriyada yeni administrasiyanın lideri Əhməd Şəra, 61 illik Baas rejiminin devrilməsindən sonra ölkənin böyük sədaqət və sevgi ilə qurulmasının zəruriliyini vurğulayıb. Şəra yanvarın 6-da İstanbulda vəfat edən və Suriyanın paytaxtı Dəməşqdə dəfn edilən suriyalı alim Sariye er-Rifainin başsağlığı mərasimində iştirak edib.
O, “Dəməşq 60 ildir ki, böyük zülmə məruz qalıb, ailələr parçalanıb, əhalisi başqa ölkələrə köç etmək məcburiyyətində qalıb, evləri insanların başına dağıdılıb"-deyə, bildirib.
Əsəd rejimi əsgərlərinin yaşayış məntəqələrini lüləli bombalarla vurduğunu xatırladan Şəra, “Bu gün Dəməşq öz layiqli yerinə qayıtdı, Allaha şükür bu zalımdan xilas oldu. Alimlərimiz 13 ildən artıq miqrasiyadan sonra öz ölkələrinə qayıda bildilər"-deyə, vurğulayıb.
Dəməşq xalqının tarixi bir proses keçdiyinə və bu gün yol ayrıcında olduqlarına diqqət çəkən Şəra deyib:
“Biz dövlətimizi böyük sədaqət və sevgi ilə qurmalıyıq. Çünki Dəməşq İslamın göz bəbəyi, ərəb və islam ölkələri üçün mərkəz idi. Çindən Əndəlüsə qədər bütün coğrafiya buradan idarə olunurdu".
Aytən Yaşar/ Turkustan.az