“Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə keçirdiyi brifinqdə yeni ofisini təqdim edib və orada “prezident funksiyalarını” yerinə yetirməyə davam edəcəyini bildirib”.
Turkustan.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu gün mən sizi Orbeliani sarayının (prezident iqamətgahı) davamı olan bu yeni ofisdə salamlamaq istəyirəm. Bu, Orbeliani sarayına bənzəməyə bilər, amma burada onun ruhu var. Mən prezidentlik vəzifəmi buradan icra edəcəyəm”, – o qeyd edib.
Onun sözlərinə görə, ölkə dərin böhran içindədir və bundan çıxış yolu təkrar parlament seçkilərinin təyin edilməsidir. Zurabişvili Gürcüstan əhalisi ilə görüşəcəyini, xüsusən yanvarın 10-da ölkənin qərbindəki Zuqdidi şəhərinə gedəcəyini bildirib./Globalinfo.az