Mask Britaniyanın baş nazirini vəzifədən kənarlaşdırmaq istəyir


Mask Starmerin vəzifəsindən uzaqlaşdırılmasını özünə hədəf qoyub.

Turkustan.az xəbər verir ki, dünyanın ən varlı adamı və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ən yaxın müttəfiqlərindən biri olan İlon Mask bir müddətdir İngiltərənin baş naziri Starmeri və İşçi Partiyası hökumətini hədəf alan paylaşımlar edir.

"Financial Times"ın məlumatına görə, ABŞ-ın texnoloji milyarderi Mask Starmerin növbəti seçkilərdən əvvəl Britaniyanın baş nazirliyindən necə uzaqlaşdırılacağını araşdırır və xüsusilə başqa bir siyasi partiya olan "Reform UK"-ə dəstək yaratmaqda maraqlıdır.

Bildirilir ki, İlon Mask yaxın adamları ilə Keir Starmerin növbəti ümumi seçkilərə qədər Britaniyanın baş naziri vəzifəsindən necə kənarlaşdıra biləcəyi məsələsini təkbətək müzakirə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ