Paulo Pinheiro Suriyada Əsəd rejiminin devrilməsindən sonrakı proseslə bağlı AA müxbirinə müsahibə verib.
Turkustan.az xəbər verir ki, BMT-nin Suriya üzrə Beynəlxalq Müstəqil Araşdırma Komissiyasının sədri Paulo Pinheiro Suriyada Bəşər Əsəd rejimi dövründə törədilən cinayətlərin minlərlə icraçısının olduğunu və onların araşdırılması üçün yeni administrasiya ilə əməkdaşlığa hazır olduqlarını bildirib.
Suriyada keçid prosesinin ümumi mənada davam etdiyini açıqlayan Pinheiro, proseslə bağlı gərgin mübarizənin olmamasının vacib olduğunu deyib.
"Bu, hökumətin keçidi deyil, 61 illik avtoritar diktaturanın sona çatmasıdır. İndiyə qədər gedən prosesin diqqət çəkici olduğunu düşünürəm".
Heyət Təhrir əl-Şam (HTŞ) və Suriyada yeni administrasiyanın lideri Əhməd Şəranın müxtəlif silahlı qruplara və onların davranışlarına nəzarət edə bilməsinin çox təsir edici olduğunu bildirən Pinheiro, təxribat və bu kimi halların şahidi olmadıqlarını bildirib.
Aytən Yaşar/ Turkustan.az