Ermənilərin sevinclə yaydığı xəbər feyk çıxdı


“Hazırda Vaşinqtonun Ermənistanla strateji tərəfdaşlıq haqqında sənəd imzalanması ilə bağlı nəzərdən keçirməli və ya elan edəcəyi heç nə yoxdur”.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən “Amerikanın səsi”nə bildirilib.

Qeyd edək ki, ötən gün Ermənistan və ABŞ-ın tezliklə strateji tərəfdaşlıq haqqında sənəd imzalayacağı haqda xəbər yayılıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan məlumatı dolayı yolla təsdiq edib. Erməni mediası bunu ölkənin suverenliyini qorumaq üçün “güclü alət” kimi təqdim edib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ