İspaniyadan Maska: Qurumlarımıza hücum edib, bizə nifrət oyadır


İspaniyadan da Maska cavab gecikmədi.

Turkustan.az xəbər verir ki, İspaniyanın baş naziri Sançes dünyanın ən zəngin adamı olan İlon Maskın xarici ölkələrin siyasətçiləri ilə bağlı şərhlərini tənqid edərək, “Planetin ən zəngin adamı bizim qurumlarımıza hücum edir” deyib.

Daha əvvəl İngiltərə və Almaniya siyasəti ilə bağlı şərhlər və ittihamlar səsləndirən Maskı tənqid edən Baş nazir, “İfrat sağçılığa İspaniyada illərdir qarşı çıxırıq, lakin hazırda planetin ən zəngin adamının rəhbərlik etdiyi bu qurum bizim qurumlarınıza açıq şəkildə hücum edir, nifrət oyadır və Almaniyada nasizmin varislərini açıqca dəstəkləyir”-deyə, bildirib.

Bildirək ki, Mask Almaniyada nasistlərə rəğbət bəsləyən müxalifət partiyası AfD-ni dəstəklədiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ