"ABŞ bizimlə müharibə etməyəcək".
Turkustan.az xəbər verir ki, İranın keçmiş xarici işlər naziri və hazırkı strateji məsələlər üzrə vitse-prezidenti Cavad Zərif İran-ABŞ münasibətləri ilə bağlı mühüm açıqlamalar verib.
Zərif, "Tramp yeni dövründə hər baxımdan çox güclü olacaq. Konqresə və yüksək səviyyəli hakimlərə nəzarət edə biləcək. Bununla belə, Donald Trampın İrana müharibə elan edəcəyinə inanmıram. O, mühüm bir xarakter olsa da, lakin İran çox daha vacib aktyordur"-deyə bildirdi.
O, həmçinin bildirib ki, İran regionda güclü ölkədir, ABŞ buna göz yuma bilməz. Zərif İran və ABŞ arasındakı problemlərin müharibəyə çevrilmədən həll oluna biləcəyinə diqqət çəkib.
Cavad son olaraq İranın nüvə doktrinasına toxunaraq, "İsrail və ABŞ ilə gərginlik artdığı üçün nüvə doktrinasını dəyişməməliyik. Bu mövzuda bəziləri öz fikirlərini bildirir, lakin belə qərarlar birlikdə alınmalıdır" dedi.
Aytən Yaşar/ Turkustan.az