Şimali Koreya lideri Kim Çen In ölkədə ABŞ mədəniyyətinin sinonimi olan hot-doqun satışını və bişirilməsini qadağan edib.
Turkustan.az xəbər verir ki, Şimali Koreya lideri Kim deyib ki, ABŞ-dan ilhamlanan hot-doq mədəniyyəti vətənə xəyanətdir. Bu barədə "The Sun" məlumat yayıb.
Hot-doq satarkən və ya bişirərkən tutulan insanların əmək düşərgələrinə göndərilmək riski ilə üzləşəcəyi bildirilir. Cənubi Koreyadan gətirilən budae-jjigae yeməyinin satışı da qadağan edilib.
Bildirək ki, bu yaxınlarda Şimali Koreyada boşanan cütlüklərin həbs düşərgələrinə göndəriləcəyi ilə bağlı iddialar da ortaya çıxıb.
Aytən Yaşar/ Turkustan.az