İsrailin Londondakı səfiri ölkədən çıxarılır? - Deputatdan açıqlama


Britaniya parlamentinin müstəqil deputatı Con Makdonnel İsrailin Londondakı səfiri Tzipi Hotovelinin deportasiyasına çağırıb.

Turkustan.az xəbər verir ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistan üzrə dövlət naziri Hamiş Falkoner parlamentdə keçirilən iclasda deputatların xarici siyasət məsələləri ilə bağlı suallarını cavablandırıb.

İclasda çıxış edən millət vəkili MkDonnell, İsrailin hücumları və Qəzzanı blokadaya alması nəticəsində aclıqdan və donaraq ölən uşaqların görüntülərinə şahid olduqlarını ifadə edib.

İngiltərə hökumətinin hal-hazırda atdığı addımların İsrailə arzu edilən təsirini vermədiyinə diqqət çəkən MkDonnel, İsrailin müharibə cinayətləri törətməsinin qarşısını almaq üçün yeganə həll yolunun bir ölkəni iqtisadi və hərbi baxımdan tamamilə təcrid etmək olduğunu vurğulayıb.

"Məni xüsusilə narahat edən İsrail səfirinin (Hotovely) Böyük İsrailin müdafiəçisi olmasıdır və O, Fələstin dövlətini tanımaqdan imtina edir. Səfir BMT-nin sülhə necə nail ola biləcəyimizə dair qəbul etdiyi bütün qətnamələrə qarşı çıxır. Bəs biz niyə İsrail səfirini deportasiya etmirik?"

Bildirək ki, britaniyalı deputat Zarah Sultana da X hesabında etdiyi paylaşımda Con Makdonnelin çağırışına dəstək verib və "İsrail səfirini indi deportasiya edin" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ