İranda əcnəbilərə atom elektrik stansiyasının yanında yaşamaq qadağan edildi


İrandan əcnəbilərə qadağa...

Turkustan.az xəbər verir ki, İranın Atom Elektrik Stansiyasının yerləşdiyi Buşəhr şəhərində təhlükəsizlik tədbirləri çərçivəsində əcnəbi vətəndaşların və qaçqınların stansiyadan 5 kilometr məsafədə yaşaması və işləməsi qadağan edilib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Buşehr qubernatorunun müavini İhsan Cihanyan məsələ ilə bağlı açıqlama verib.

Təhlükəsizliyə cavabdeh olan qubernator müavini Cihanyan deyib: “Xarici vətəndaşların və qaçqınların Buşehr atom elektrik stansiyasının 5 kilometrliyində və bu vilayətin Genave, Deylem və Aseluye rayonlarında işləməsi və yaşaması qadağandır”.

Bütün əcnəbi vətəndaşların və qaçqınların sözügedən rayonları tez bir zamanda tərk etmələrini xahiş edən Cihanyan, əks halda yaşayış sənədlərinin ləğv ediləcəyini və ölkədən deportasiya ediləcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ