Gürcüstanla Rusiya arasında müharibə başlaya bilər.
Turkustan.az xəbər verir ki, Avropa Parlamenti (AP) Gürcüstana qarşı daha bir qətnamə qəbul edə bilər və bu qətnamədə ölkədən Rusiya ilə müharibəyə başlamağı açıq şəkildə tələb edəcək. Bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının siyasi şurasının bəyanatında deyilir.
Hakim siyasi qüvvə öz bəyanatını onunla izah edir ki, 2024-cü ildə, həm də ondan əvvəl Avropa Parlamenti Gürcüstanla bağlı beş qətnamə qəbul edib və bu qətnamələrdə “Gürcü Arzusu”nun qurucusu və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqini tələb edib.
Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması, LGBT təbliğatını qadağan edən qanunun ləğvi və Rusiyaya qarşı sanksiyaların tətbiqi də bura daxildir.
“Bu tendensiyanı nəzərə alaraq, Avropa Parlamentinin altıncı qətnaməsinin Rusiya ilə müharibəyə getməyimizi açıq şəkildə tələb etmə ehtimalı daha yüksəkdir"-deyə, bəyanatda deyilir.
Aytən Yaşar/ Turkustan.az