Laura Kuper artıq ABŞ Milli Müdafiə Universitetində dərs deyəcək.
Turkustan.az xəbər verir ki, ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya siyasəti üzrə köməkçisinin müavini Laura Kuper istefa verib. O, artıq Milli Müdafiə Universitetində dərs keçəcək. Bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Kuper 2022-ci ildən Kiyevə silah tədarükünün koordinasiyasında əsas rol oynayıb. O, Ukrayna hakimiyyətinin nümayəndələri ilə də yaxşı münasibətdə olub.
Pentaqonun mülki işçisi postunu tutan məmur 20 ildən artıq idarədə işləyib. Qəzetin mənbələri onun gedişini ABŞ prezidenti Donald Trampın gələcək vəzifəyə başlaması və Ağ Evin sələfi Co Baydenin Ukrayna siyasətinə baxışının yeni rəhbəri ilə əlaqələndirirlər.
Aytən Yaşar/ Turkustan.az