Qəzzaya 36 ton ərzaq yardımı edildi


İnsana Dəyər Verən Dərnəklər Federasiyası İsrailin hücumlarını davam etdirdiyi Qəzzaya yardım işləri çərçivəsində bölgəyə müxtəlif tərəvəz və meyvələrdən ibarət 36 ton qida yardımı çatdırıb.

Turkustan.az xəbər verir ki, Federasiyadan verilən açıqlamaya görə, Qəzzada humanitar böhran ciddi şəkildə artarkən, su, qida, sığınacaq, yanacaq, elektrik və əsas ehtiyacların təmin edilməsində böyük çətinliklər var.

İDVDF 7 oktyabr 2023-cü il tarixindən etibarən xeyriyyəçilərin dəstəyi ilə Qəzzə zolağının şimalından cənubuna qədər bütün bölgələrdə öz qrupları ilə fövqəladə yardım işlərini fasiləsiz olaraq davam etdirir.

Bu çərçivədə İDVDF İordaniya üzərindən bölgəyə kartof, soğan, xiyar, pomidor, avokado, portağal və limon kimi tərəvəz və meyvələrdən ibarət yardım göndərdi və ləvazimatları köçkün ailələrinə çatdırdı.

Qeyd edək ki, Qəzza zolağının şimalında çadırlarda, sığınacaqlarda və məktəblərdə həyata tutunmağa çalışırlar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ