Fələstinli gənc Netanyahunun heykəlini çəkiclə sındırdı


Meksikada bir fəal İsrailin baş naziri Binyamin Netanyahunun heykəlini param-parça edib.

Turkustan.az xəbər verir ki, Meksikanın paytaxtı Mexiko şəhərində bir fələstinli fəal İsrailin baş naziri Binyamin Netanyahunun mum muzeyindəki heykəlinin üzərinə əvvəlcə qırmızı boya töküb, sonra isə çəkiclə sındırıb. O, "Yaşasın Fələstin!" deyərək, Fələstinə salamlarını çatdırıb.

Netanyahunun heykəlini sındırdı, üzərinə qırmızı boya tökdü və çəkiclə vurdu...Paytaxt Mexiko şəhərindəki bu muzeydə kral Çarlz, Donald Tramp, Nikolas Maduronun mum heykəlləri ilə yanaşı, idman və incəsənət ictimaiyyətindən bir çox adlar da var.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ