Hürriyət: Ankara və Dəməşq PKK-ya qarşı hərbi əməliyyat planlaşdırır


Türkiyə Suriya ilə PKK-ya qarşı planlaşdırılmış hərbi əməliyyatı açıqlayıb.

Turkustan.az xəbər verir ki, Türkiyə və Suriya Kürdüstan Fəhlə Partiyası (PKK) yaraqlılarına qarşı genişmiqyaslı hərbi əməliyyat planlaşdırır. Bu barədə yanvarın 8-də Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıb.

“Əgər PKK silahı yerə qoymasa, Suriyada administrasiyanın dəyişməsində israrını davam etdirsə və Qərb dövlətləri bu istiqamətdə tələblər irəli sürərsə, Suriya Türkiyə Silahlı Qüvvələri ilə birlikdə genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq”- deyə, Hürriyyət nazirin sözlərini sitat gətirib.

Eyni zamanda, Qərb ölkələrinin hansı yeni tələblərinin Ankara və Dəməşq arasında birgə əməliyyata başlamasına səbəb ola biləcəyi məlum deyil.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ