Maskın bioqrafiyası onun dəli olduğunu sübut edir - Set Abramson


Set Abramson, "zehni pozğunluğu, ağır narkotik istifadəsi və şikəstedici stressi nəzərə alaraq, onun ciddi şəkildə xəstə olduğuna inanmaq üçün əsas var" dedi.

Turkustan.az xəbər verir ki, “The Daily Beast” in Harvard Universitetində hüquq təhsili almış publisist Set Abramson planetin ən zəngin insanlarından biri olan İlon Maskın psixi vəziyyətinin son illərdə pisləşə biləcəyi barədə fikir bildirib.

"Mən əsaslı şəkildə inanıram ki, İlon Mask dəli ola bilər" deyən Abramson X-də yazır. "Son iki ildə onun davranışını onlayn izləyirəm və belə qənaətə gəlmişəm ki, onun psixoloji durumu ciddi şəkildə pisləşməyə doğru gedir".

Abramsonun fikrincə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ən yaxın adamlarından biri olan Maskın hakimiyyət dairələrində olması ictimaiyyət üçün təhlükəlidir və Amerika hakimiyyəti sahibkarın şirkətləri ilə bütün müqavilələrə xitam verməli, DOGE-nin işini əngəlləməlidir.

Daha əvvəl The Washington Post qəzeti yazıb ki, Mask federal hökumətin maliyyələşdirilməsi üçün qanun layihəsinin qəbulu prosesinə müdaxilə etdikdən sonra ABŞ-ın “kölgə prezidenti” adlandırılıb. NBC televiziya şirkəti Trampın ətrafındakıların artıq Maskın təsirindən və siyasətçinin yanında daimi mövcudluğundan yorulmağa başladığına diqqət çəkib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ