Kanada heç vaxt 51-ci ştat olmayacaq - Kanadanın müxalifət lideri


"Kanada heç vaxt 51-ci dövlət olmayacaq, bunun üçün mübarizə aparacağam".

Turkustan.az xəbər verir ki, bunu Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pierre Poilievre bildirib. O, seçkilərdə qalib gələcəyi təqdirdə ölkənin ABŞ-a qoşulmasının qarşısını alacaq və sərhədlərinin, o cümlədən Arktikada təhlükəsizliyini təmin edəcəyinə söz verib.

Poilievre gələcəkdə Kanada sərhədlərinin tam təhlükəsizliyini təmin etmək niyyətində olduğunu da bildirib. “Mən baş nazir olanda biz silahlı qüvvələrimizi gücləndirəcəyik və Rusiya və Çini kənarda saxlamaq üçün Arktikamıza nəzarəti bərpa edəcəyik”, - deyə müxalifət lideri bildirib. O, həmçinin hazırkı Baş nazir Castin Trüdonu “bu aşkar şeyləri” amerikalılara çatdırmamaqda günahlandırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ