BMT Suriya ilə bağlı çağırış edib.
Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin sözçüsü Jens Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkəyə humanitar yardım və dəstək məsələləri ilə bağlı AA müxbirinə yazılı açıqlama verib.
O, Suriyada uzunmüddətli sabitliyə sərmayə yatırmağa açıq ehtiyac olduğuna diqqət çəkib və zamanla yayılan yenidənqurma işlərini dəstəkləyəcəklərini bildirib.
Laerke, Suriyada fəaliyyət göstərən humanitar yardım təşkilatlarının prioritetinin insanların ən kritik ehtiyaclarını qarşılamaq olduğunu ifadə edib: Bu ehtiyaclar qida, sığınacaq, səhiyyə və təmiz sudur.
O, Suriyaya humanitar yardımla bağlı maliyyə problemlərinə də diqqət çəkərək deyib:
"Keçən il biz 10,8 milyon insanı dəstəkləmək üçün 4,1 milyard dollar yardım üçün müraciət etmişdik, lakin bunun yalnız 1/3 hissəsi yerinə yetirildi. Bu boşluğu doldurmaq çox vacibdir".
Aytən Yaşar/Turkustan.az