100 illik ssenari təkrarlanır: daha böyük müharibə başlayır? – İngilis zabit


“Yaxın zamanda Ukraynada imzalanacaq atəşkəs Birinci Dünya müharibəsi ssenarisinin təkrarlanmasına səbəb ola bilər”.

Turkustan.az xəbər verir ki, bu barədə Britaniya ordusunun keçmiş zabiti polkovnik Tim Kollinzin “The Telegraph”dakı məqaləsində qeyd olunur.

Onun sözlərinə görə, atəşkəs razılaşması hər iki tərəfin itkilərini bərpa edib güclənməsi və daha böyük müharibəyə başlaması üçün fürsət olacaq:

“Donald Tramp yaxın günlərdə ABŞ-ın 47-ci prezidenti kimi and içəcək. Onun əsas hədəflərindən biri Ukraynadakı müharibəni bitirməkdir. Hər iki tərəf 3 ildir davam edən müharibədən yorulub və ciddi itkilər verib. Əldə olunacaq atəşkəs razılaşması Rusiya və Ukraynanın gücünü bərpa etməsinə şərait yaradacaq.

1905-ci ildə Rusiya sarsıdıcı məğlubiyyətə uğradı və Yaponiya ilə müharibəni dayandırmaq üçün Portsmut müqaviləsini imzaladı. Bundan sonra rus hakimiyyəti ordunu sürətlə modernləşdirməyə və güc qazanmağa başladı. Çox tez bir zamanda itkilərini bərpa etməyi bacarmışdı. Bunu görən Almaniya rus ordusunun 1916-cı ilə qədər yenilməz səviyyədə olacağından qorxurdu. Nəticədə 1914-cü ildə özü ilk zərbəni endirməyi seçdi”.

Kollinz bildirib ki, mümkün atəşkəs Rusiya Prezidenti Vladimir Putinin sağ qalmasına və müəyyən qələbə qazanmasına şərait yaradacaq:

“Atəşkəs imzalandıqdan sonra Putin Rusiya qüvvələrinin yenidən təşkili, ordunun modernləşdirilməsi və itkilərin bərpa olunması üçün istifadə edəcək. Yaponiyaya uduzan Çar Rusiyası kimi Putin də güc qazandıqdan sonra yenidən hərəkətə keçməyi planlaşdırıla bilər. Ukrayna bu məqamda 1914-cü il Almaniyası kimi Rusiya gücünü tam bərpa etməmişdən əvvəl hücum etməyi düşünməlidir”. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ