Prezident Ərdoğan Livanda dürzilərin lideri Velid Canbolatı qəbul edib.
Turkustan.az xəbər verir ki, Mütərəqqi Sosialist Partiyasının keçmiş sədri Velid Canbolat Livanın özəl televiziya kanalı LBC-yə verdiyi müsahibədə bu barədə fikirlərini bölüşüb.
Türkiyəyə səfərinin əsas məqsədinin Suriya və yeni rejimlə əlaqələr qurmaq olduğunu deyən Canbolat, bunları qeyd edib:
"Biz, Suriya və (Suriya yeni rejiminin lideri) Əhməd Şaraa ilə əlaqə qurmaq üçün mexanizmlər inkişaf etdiririk. Türkiyənin hazırkı rolundan narahat deyiləm. Bugünkü Türkiyə, Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyəsidir və Türkiyəni fərqləndirən şey onun böyük müxtəlifliyidir. Türkiyə, Suriya xalqını qucaqlayıb".
O, əlavə edib ki, "Ən əhəmiyyətlisi İsrailin bölgədəki təsirini və genişlənməsini məhdudlaşdıra biləcək ölkələrlə əməkdaşlıq etməyimizdir və Türkiyə də bu ölkələrdən biridir".
Aytən Yaşar/ Turkustan.az