HƏMAS: Biz tezliklə yeni liderimizi müəyyənləşdirəcəyik


HƏMAS-ın yüksək səviyyəli rəhbərlərindən biri olan Usamə Həmdan HƏMAS-ın yeni lideri üçün geniş məsləhətləşmələr apardıqlarını və tezliklə bir qərara gələcəklərini bildirib.

Turkustan.az xəbər verir ki, Həmdanın sözlərinə görə, yeni lider yaxın vaxtlarda bəlli olacaq.

Məlumat üçün bildirək ki, HƏMAS-ın keçmiş lideri Yəhya Sinvar oktyabrın 17-də İsrailin hücumu nəticəsində həlak olub və onun yerinə təyinat olmayıb.

Həmdan isə müqavimət iradələrinin qırılmadığını və mübarizəni davam etdirəcəklərini bildirib.

Həmas rəsmiləri atəşkəs danışıqlarında İsrail qüvvələrinin çıxarılmasını və Qəzzanın yenidən qurulmasını tələb edirlər. Bunun müqabilində bütün əsirlərin azad ediləcəyi vəd edilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ