Tramp söz verdi: Kanada bizə qoşularsa, vergiləri xeyli azaldacam


Tramp Kanada əhalisinin vergi yükünü azalmaq istəyir.

Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Milad təbrikində Kanadanın baş naziri Castin Trüdo qubernatoruna zəng edərək bildirib ki, Kanada əraziləri ABŞ-ın 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq.

"Kanada qubernatoru Castin Trüdo, Milad bayramınız mübarək. Sizin vətəndaşların vergiləri çox yüksəkdir, lakin 51-ci ştat olsanız, onların vergiləri 60%-dən çox azalacaq, biznesləri ikiqat artacaq və ciddi şəkildə qorunacaqlar”-deyə, Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan əlavə Tramp Panama kanalını ehtiyatla, lakin qeyri-qanuni şəkildə idarə edən gözəl Çin əsgərlərinin və Qrenlandiyanın da Milad bayramını təbrik edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ