Trampdan Danimarkaya: Qrenlandiya ilə bağlı iddialarından əl çək!


Donald Tramp qrenlandiyalılara müraciət edib.

Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, Danimarka Qrenlandiya ilə bağlı iddialarından əl çəkməlidir. O, bunu Mar-a-Laqo iqamətgahında jurnalistlərə açıqlamasında deyib.

"İnsanlar Danimarkanın Qrenlandiyaya hər hansı qanuni hüquqlarının olub-olmadığını belə bilmirlər, lakin əgər varsa, onlardan imtina etməlidirlər, çünki bizim milli təhlükəsizliyimiz üçün Qrenlandiya bizə lazımdır. Bu, azad dünya naminədir”-deyə, Tramp bildirib.

O, Danimarkanın hakimiyyət orqanlarına ciddi xəbərdarlıq edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ