ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq istədiyini bildirib.
Turkustan.az xəbər verir ki, bunu Tramp Mar-a-Laqo (Florida) iqamətgahında jurnalistlərə danışarkən deyib. O, bunun rəsmi olaraq vəzifəyə başladıqdan sonra ilk altı ay ərzində baş verə biləcəyini etiraf edib.
O, ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra ilk üç-altı ay ərzində Putinlə danışıqların mümkünlüyü barədə jurnalistin sualını cavablandırarkən deyib: “Mən ümid edirəm ki, altı ay bitənə qədər danışıqlar aparılacaq”. /Musavat.com/