Ukraynadakı döyüşlərin günahkarı odur - Tramp AD ÇƏKDİ


Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hazırkı prezident Co Baydenin administrasiyasını Ukraynada münaqişəni təhrik etməkdə ittiham edib.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.

Tramp deyib ki, Bayden komandasının səriştəsizliyi Rusiyanın 2022-ci ilin fevralında hərbi hücuma keçməsinə səbəb olub.

"Onlar (Bayden administrasiyası) nə etdiklərini bilmirlər. Ancaq biz nə etdiyimizi bilirik və bunların hamısı bitəcək", - Tramp deyib.

O, yeni prezidentlik müddətinin münaqişələrin hökm sürdüyü dünyada başlayacağını qeyd edib və ABŞ-ın “böyük ordusu” olduğunu vurğulayıb. /publika.az/


MANŞET XƏBƏRLƏRİ