Netanyahu Ali Məhkəməyə verildi.
Turkustan.az xəbər verir ki, Qəzza zolağında saxlanılan israilli məhbusların yaxınları atəşkəs və məhbus mübadiləsi razılaşmasına mane olmaqda ittiham etdikləri baş nazir Benyamin Netanyahu hökumətinə qarşı İsrail Ali Məhkəməsinə ərizə verib.
“Haaretz” qəzetinin məlumatına görə, 112 nəfər israilli məhbus yaxınları hökumətin məhbusların azad edilməsi ilə bağlı razılığa gəlməməsinin konstitusiya hüquqlarının pozulması olduğunu vurğulayıblar.
Bundan əlavə, İsrail Ali Məhkəməsinə təqdim edilən ərizədə Netanyahunun rəhbərlik etdiyi hökumətdən əsirlərin azad edilməsi müqabilində Qəzzaya hücumların dayandırılması istənilib.
Aytən Yaşar/ Turkustan.az