Cənubi Koreya məhkəməsi prezidentin həbs qərarını uzatdı


Cənubi Koreyada siyasi gərginlik davam etməkdədir.

Turkustan.az xəbər verir ki, Cənubi Koreyada məhkəmə müvəqqəti olaraq prezident vəzifəsindən kənarlaşdırılan Yoon Suk Yeol haqqında verilmiş həbs qərarını uzadıb.

Yonhap-ın xəbərinə görə, Korrupsiya İstintaq İdarəsi Yoon haqqında verilən həbs qərarı ilə bağlı açıqlama verib.

Açıqlamada Yoon haqqında dünən gecədən etibarən müddəti bitən həbs qərarının uzadılması üçün Seul Qərb Bölgəsi Məhkəməsinə müraciət edildiyi açıqlanıb.

Bildirilib ki, məhkəmə Yoon haqqında həbs qətimkan tədbirinin uzadılmasına qərar verib.

Qərarın neçə gün uzadıldığı barədə məlumat verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ