Blinken: Ukraynanın hazırkı xəritəsi çox dəyişməyəcək


Blinken Ukrayna ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken yanvarın 20-də vəzifəsini təhvil verməzdən əvvəl New York Times qəzetinə mühüm açıqlamalar verib. Blinken Rusiya-Ukrayna müharibəsində mövcud sərhədlərdə böyük dəyişiklik olmayacağını bildirib və bəyan edib ki, Ukraynada təhlükəsizlik təminatları üçün birdən çox variant masadadır.

Blinken Rusiyanın əlində olan Krım, Donetsk, Luqanks, Xerson və Zaporojya bölgələrinin elə Rusiyada qalacağını da etiraf edib. Sülh danışıqlarında Ukraynanın əlinin güclənəcəyini və mövcud vəziyyətə görə fərqli təhlükəsizlik təminatlarının təklif ediləcəyini qeyd edən Blinken, "Ukrayna NATO-ya üzv ola bilər və ya təhlükəsizlik zəmanətləri təklif edilə bilər. Bir çox fərqli variant düşünülə bilər"-deyə, bildirib.

O, Rusiya prezidenti Vladimir Putinin imperiya ambisiyalarının olduğunu bəyan edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ