BMT İranda edam cəzalarının artmasından narahatdır


BMT nümayəndəsi İrana etiraz edib.

Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk ötən il İranda ölüm hökmlərinin əhəmiyyətli dərəcədə artmasından dərin narahat olduğunu deyib.

O, yazılı açıqlamasında İranda 2024-cü ildə ən az 901 nəfərin edam edildiyinə, 2023-cü ildə isə bu rəqəmin 853 nəfər olduğuna diqqət çəkib.

İranda edama məhkum edilənlərin sayının hər il artmasını vurğulayan Türk, "Ötən il İranda ciddi şəkildə artan edam hökmləri məni çox narahat edir. Artıq İranın bu artan dalğasını dayandırmasının vaxtı çatıb"-deyə, bildirib.

Türk, 2024-cü ildə edamla bağlı qərarların çoxunun narkotiklə əlaqəli cinayətlərə görə verildiyini ifadə edərək, edam edilən qadınların sayında artım olduğuna diqqət çəkib.

“Biz istənilən şəraitdə ölüm hökmünün əleyhinəyik”. Türk qeyd edib ki, bu insanların yaşamaq hüququnu əllərindən alır və günahsız insanların edam edilməsi kimi qəbuledilməz risk yaradır.

Volker İran hakimiyyətini bütün edamları dayandırmağa və bu cəza üsulunu ləğv etməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ