ABŞ Üsamə bin Ladenin silahdaşını Əfqanıstana təhvil verə bilər


ABŞ Taliban ilə Əfqanıstanda saxlanılan amerikalıların ən azı bir məhbusla dəyişdirilməsini müzakirə edir.

Turkustan.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti məlumat yayıb.

"ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Taliban ilə Əfqanıstanda saxlanılan amerikalıların ən azı bir yüksək rütbəli məhbusla mübadiləsi barədə danışıqlar aparır. Ehtimala görə, o, Üsamə bin Ladenin silahdaşıdır", - məlumatda qeyd olunub.

Nəşrin məlumatına görə, ABŞ bunun əvəzində Corc Qlezmann, Rayan Korbett və Mahmud Həbibinin azad edilməsini tələb edir.


MANŞET XƏBƏRLƏRİ