Deputatdan Maska: Siyasət dünyada zənginlərin oyuncağı ola bilməz


Dünya ölkələrindən Maska sərt reaksiyalar gəlməkdə davam edir.

Turkustan.az xəbər verir ki, Britaniya parlamentinin müstəqil deputatı Riçard Burqon, "Məncə, sosial media platformasında ifrat sağçı cəfəngiyyatlar yayan dünyanın ən zəngin adamından heç bir dərs almamalıyıq" dedi.

Tesla və Maskın X sosial media platformasının sahibi İngiltərəni hədəf alan yazılarını sərt şəkildə tənqid edən İngilis millət vəkili Burqon AA müxbirinə qiymətləndirmələr edib.

Riçard Burqon bildirib ki, super zənginlər nəzarətdən çıxıb və onlar siyasəti idarə edə biləcəklərini düşünürlər.

Zənginlərin parlamentlərdə siyasətlə məşğul olmaq üçün xalq səsverməsi ilə seçilmədiyini vurğulayan Burqon, bu insanların əllərində olan pulları siyasətdən uzaq tutmaları lazım olduğunu bildirdi.

İlon Maskın “anti-demokratiya” olduğu fikrini bölüşən Burqon sözlərini belə davam etdirdi:

"Dünyanın ən varlı adamı kimi o, demokratik sistemimizin onun oyuncağı olduğunu düşünə bilməz. Düşünürəm ki, o, ABŞ-ın başına gəlmiş ən pis hadisədir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ