İsrail və Türkiyə arasında müharibə başlaya bilər.
Turkustan.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun göstərişi ilə yaradılan Nagel Komitəsi Tel-Əviv rəhbərliyinin Türkiyə ilə “mümkün müharibəyə” hazır olmasını təklif edib.
“The Jerusalem Post” qəzetinin yazdığına görə, Nagel Komitəsinin müdafiə büdcəsi və təhlükəsizlik strategiyası ilə bağlı son hesabatında Tel-Əviv rəhbərliyinin Türkiyə ilə birbaşa münaqişəyə hazır olması lazım olduğu iddia edilib.
Komitənin hazırladığı hesabat dünən baş nazir Netanyahu, müdafiə naziri Yisrael Katsa və maliyyə naziri Bezalel Smotriçə təqdim edilib.
Hesabatda Türkiyənin Osmanlı dövründən təsirini bərpa etmək arzusu ilə hərəkət etdiyi və sözügedən vəziyyətin İsraillə gərginliyin artmasına və ola bilsin münaqişəyə çevrilə biləcəyi iddia edilib.
Həmçinin Suriya müxalifət qruplarının Türkiyə ilə ittifaq qurması və İsrailin təhlükəsizliyinə yeni və güclü təhdid yaratması riskinin olduğu və “Suriyadan gələn təhlükənin İran təhdidindən daha təhlükəli ola biləcəyi” ehtimal edilir.
Netanyahu ona təqdim edilən hesabatla bağlı "Yaxın Şərqdə köklü dəyişikliklərin şahidi oluruq. İran uzun müddətdir ki, bizim ən böyük təhlükəmizdir, amma arenaya yeni güclər daxil olur və biz gözlənilməz vəziyyətlərə hazır olmalıyıq. Bu hesabat bizə İsrailin gələcəyini təmin etmək üçün yol xəritəsi təklif edir" dedi.
Hesabatda Türkiyə ilə mümkün qarşıdurmaya hazırlıq üçün hərbi imkanların gücləndirilməsinin vacibliyi vurğulanıb və İsrailin uzun mənzilli zərbə imkanlarını gücləndirmək üçün əlavə F-15 döyüş təyyarələri, yanacaq doldurma təyyarələri, pilotsuz uçuş aparatları və peyklər alması lazım olduğu vurğulanıb.
Digər tərəfdən, hesabatda İordaniya ilə mümkün diplomatik nəticələrə baxmayaraq, İsrailin müdafiə strategiyasında əhəmiyyətli bir dəyişikliyə işarə edən İordaniya vadisi boyunca möhkəmləndirilmiş təhlükəsizlik səddinin inşa edilməsi lazım olduğu da ifadə edildi.
Aytən Yaşar/ Turkustan.az