Avropa İttifaqı qadağa çağırışlarına məhəl qoymadı və Rusiyadan rekord həcmdə qaz almağa başladı.
Turkustan.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Belə tədarüklərin qadağan edilməsi çağırışlarına baxmayaraq, Avropa Rusiya Federasiyasından rekord miqdarda super soyudulmuş yanacaq alır”-deyə, məqalədə qeyd olunur.
Məlum olub ki, Avropa üçün Rusiya ilə əlaqələri kəsmək son dərəcə çətindir. Mövcud vəziyyət bunu mükəmməl şəkildə nümayiş etdirir.
Əlavə edək ki, alınan həcmlər 2025-ci il yanvarın 1-dək Rusiyanın Ukrayna vasitəsilə satdığı həcmləri üstələyib.
Aytən Yaşar/ Turkustan.az