Baş nazir Store Norveçdə NRK radioya açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Norveçin baş naziri Yonas Qar Store bildirib ki, milyarder İlon Maskın ABŞ-dan başqa digər ölkələrin siyasi məsələlərinə qarışması narahatlıq doğurur.
"Sosial mediaya böyük çıxışı olan və böyük iqtisadi resurslara malik olan bir insanın digər ölkələrin daxili işlərinə bu qədər birbaşa qarışması məni narahat edir"-deyə, nazir bildirib.
Müttəfiqlər arasında münasibətlərin belə olmaması lazım olduğunu qeyd edən Store, Maskın ölkəsi ilə bağlı şərhlər edəcəyi təqdirdə Norveç siyasətçilərinin sağlam düşüncə ilə davranacaqlarına və mübahisələrdən uzaq duracaqlarına ümid etdiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az