Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə səfərini təxirə saldı


Trampın nümayəndəsi Kiyevə səfərini təxirə saldı.

Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə və digər Avropa paytaxtlarına səfərini yanvarın 20-də Trampın andiçmə mərasiminə qədər təxirə salıb. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb .

Agentliyin məlumatına görə, Tramp administrasiyasının nümayəndəsinin Kiyevə ilk səfəri yanvarın əvvəlində baş tutmalı idi. Kelloqun komandası Avropanın digər paytaxtlarına, o cümlədən Roma və Parisə də səfərlər planlaşdırırdı.

Tramp vəzifəsinin icrasına başladıqdan sonra Kelloqun Ukraynaya səfəri gözlənilir, lakin səfərin tarixi hələ müəyyən edilməyib.

Bildirək ki, noyabrın 27-də Tramp Kelloqu köməkçisi və ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə irəli sürüb. Kelloq Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. O, Moskva və Kiyevi mövcud cəbhə xəttini düzəltmək yolu ilə dialoqu bərpa etməyə inandırmağı təklif edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ