ABŞ-dan Çinə xəbərdarlıq: Kiberhücumlarınızdan narahatıq!


ABŞ Maliyyə Naziri Janet Yellen 2024-cü ilin dekabrında Çinin dəstəyi ilə həyata keçirilən kiberhücumdan narahat olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, Yellen Çin baş nazirinin müavini Hı Lifinq ilə virtual görüşdə kiberhücumlar məsələsini müzakirə edib.

O, Çinin dəstəklədiyi kiberhücumların zərərli olduğunu və bu cür fəaliyyətlərin ikitərəfli münasibətlərə təsir edə biləcəyini bildirib.

Nazir Rusiya-Ukrayna müharibəsinə maliyyə dəstəyi verən digər ölkələrin, o cümlədən Çinin şirkətlərinin ciddi nəticələrlə üzləşə biləcəyini də bəyan edib.

Bildirək ki, ABŞ Maliyyə Nazirliyi 2024-cü ilin dekabr ayının əvvəlində Çinin dəstəklədiyi kiberhücuma məruz qaldıqlarını açıqlamışdı. Hücumda hakerlər uzaqdan giriş əldə edib və bəzi məxfi sənədlərə daxil olmuşdular.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ