Blinken: Rusiya silah müqabilində Şimali Koreyaya peyk vermək istəyir


ABŞ dövlət katibi Antoni Blinken jurnalistlərə Rusiya ilə bağlı maraqlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Seulda yerləşən Yonhap agentliyinin məlumatına görə, Blinken paytaxt Seula səfəri zamanı Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul ilə görüşüb.

Görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında danışan Blinken, Şimali Koreya ilə Rusiya arasında son vaxtlar artan hərbi əməkdaşlığın "narahatedici" olduğunu söyləyib.

O, bəyan edib ki, Rusiya Şimali Koreyaya silah və avadanlıq dəstəyi müqabilində qabaqcıl kosmik və peyk texnologiyaları vermək istəyir.

Blinken Rusiyanın qabaqcıl kosmos və peyk texnologiyası vermək istədiyini və bunun müqabilində Pxenyandan silah və avadanlıq dəstəyi gözlədiyini ifadə edərək, “Putin Rusiyanın onilliklərdir həyata keçirdiyi siyasəti tərsinə çevirməyə və Şimali Koreyanın nüvə silahı proqramını qəbul etməyə yaxındır. Bunun baş verə biləcəyinə inanmaq üçün əsasımız var"-deyə, bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ