ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır


ABŞ administrasiyası Suriyaya qarşı sanksiyaları yumşaltmaq üçün addımlar atıb.

Turkustan.az xəbər verir ki, bu çərçivədə ABŞ Maliyyə Nazirliyi Suriyada əsas xidmətlərin davam etdirilməsini təmin etmək üçün yeni lisenziya verib.

Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən verilmiş lisenziya ilə Suriyadakı inzibati qurumlarla əməliyyatlara əlavə olaraq neft məhsulları, təbii qaz və elektrik enerjisi də daxil olmaqla enerjinin satışı, tədarükü, saxlanması və ya bağışlanmasını dəstəkləməyə yönəlmiş fəaliyyətlər habelə, Suriya Mərkəzi Bankı vasitəsilə həyata keçirilən əməliyyatlara 7 iyul tarixinə qədər icazə verilib.

Nazirlikdən verilən açıqlamada Suriyada Bəşər Əsəd rejiminin 2024-cü il dekabrın 8-də devrilməsindən sonra verilən lisenziyanın ABŞ-ın sanksiyalarını maneə törətməyəcək şəkildə həyata keçirməsinə sadiqliyi vurğulanıb.

Açıqlamada, sözügedən lisenziya ilə Əsəd və ətrafına, Suriya Hökumətinə, Suriya Mərkəzi Bankına və Heyət Təhrir Şama (HTŞ) qarşı sanksiyaların ləğv edilmədiyi bildirilib.

ABŞ Maliyyə Nazirinin müavini Uolli Adeyemo məsələni dəyərləndirərkən, “Rusiya və İran tərəfindən dəstəklənən Bəşər Əsədin qəddar və zülmkar hakimiyyətinin sona çatması Suriya və xalqına yenidənqurma üçün unikal fürsət təqdim edir” deyib.

"Bu keçid dövründə Xəzinədarlıq Suriyada humanitar yardım və məsuliyyətli idarəçiliyi dəstəkləməyə davam edəcək"-deyə, Adeyemo əlavə edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ