Gürcüstan Milad bayramında da etirazlara davam edir


Gürcüstanda aksiyalar davam edir.

Turkustan.az xəbər verir ki, Gürcüstanın Avropa Birliyinə (Aİ) üzvlüyü ilə bağlı danışıqların 4 il müddətinə dayandırılmasına qarşı 40 gün əvvəl başlayan nümayişlər paytaxt Tbilisidə pravoslav xristianların Milad bayramında davam edib.

Ölkədə pravoslav xristianlar Milad bayramını qeyd edərkən, oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra başlayan və hökumətin Aİ ilə bağlı qərarı ilə artan etiraz aksiyaları Tbilisidə bayram olmasına baxmayaraq, 40-cı gündə də davam edib.

Milad bayramını nümayişdə keçirmək istəyənlər gecə saatlarında parlament binasının qarşısına toplaşıblar.

Bayram üçün əllərində Avropa İttifaqı və Gürcüstan bayraqları və şamlar tutan nümayişçilər Tbilisi küçələrində yürüş ediblər.

Nümayişçilər Parlamentin qarşısındakı Şota Rustaveli küçəsini nəqliyyatın hərəkəti üçün bağlayıb və parlament seçkilərinin yenidən keçirilməsini istəyiblər.

Bildirək ki, ABŞ və bəzi Avropa ölkələri Gürcüstan hökumət rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ