Çində güclü zəlzələ - 32 ölü, 38 yaralı...


Çinin cənub-qərbində, Nepalla sərhədə yaxın Tibet Muxtar Bölgəsində gücündə zəlzələ qeydə alınıb.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələ 7.1 bal gücündə olub.

Yeraltı təkanların episentri 80 min nəfərə yaxın əhalisi olan Şiqatse şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşir.

"Sinxua" agentliyinin məlumatına görə, zəlzələ nəticəsində 32 nəfər həyatını itirib, 38 nəfər yaralanıb.


MANŞET XƏBƏRLƏRİ