Zelenski: Mən artıq rus xalqına hörmət etmirəm


Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna-Rusiya müharibəsi ilə bağlı mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, ABŞ-da yayımlanan Lex Fridman-ın qonağı olan Zelenski Rusiya xalqına və Rusiya prezidenti Vladimir Putinə müraciət etməyin heç bir xeyri olmayacağını, rus xalqına hörmət etmədiyini bildirib.

2 saatdan çox davam edən müsahibədə Zelenski Ukrayna müharibəsi və ABŞ-ın 47-ci prezidenti Donald Tramp haqqında danışıb; O, sülh ehtimalından tutmuş ailəsinin keçmişinə qədər bir çox mövzuda açıqlamalar verib.

Zelenski Rusiya xalqına və Rusiya prezidenti Vladimir Putinə müraciət etmək istəmədiyini, çünki onlara artıq hörmət etmədiyini bildirib. Zelenski, "Rus xalqı məni dinləmək istəmir. Onlar kar kimidirlər. Çox səbəb göstərə bilərlər, amma bu, heç nəyi dəyişmir. Açığı onlarla danışmaq istəmirəm" deyib.

"Mən daha narahat deyiləm. Rus xalqına hörmətim yoxdur” -deyən Zelenski Rusiya və Ukraynanın iki fərqli millət olduğunu da bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ