Dəməşq hava limanı yanvarın 7-dən uçuşlara başlayır


Hələlik hava limanı yalnız xüsusi icazələrlə işləyə bilər.

Turkustan.az xəbər verir ki, Dəməşq Beynəlxalq Hava Limanı yanvarın 7-də yerli vaxtla saat 08:00-dan sonra müntəzəm beynəlxalq reyslərə xidmət göstərə bilər. Bu barədə TASS-a Dəməşq uçuş məlumatı regionunun nəzarət xidməti məlumat verib.

Bundan əvvəl ölkənin mülki aviasiya və hava nəqliyyatı departamentinin rəhbəri Əşhəd əl-Sleybi bildirmişdi ki, Dəməşq hava limanı yanvarın 7-dən beynəlxalq reysləri qəbul edib göndərməyə başlayacaq. Dispetçer xidməti onu da izah edib ki, yanvarın 20-dək hava limanında bir taksi yolu və təyyarə dayanacaqlarından biri bağlıdır. Bundan əlavə, martın üçüncü ongünlüyünün əvvəlinə qədər radiomayaklardan birinin radiotezliyi müvəqqəti olaraq dəyişdirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ