Həmas girovları azad edəcək.
Turkustan.az xəbər verir ki, Fələstinin Həmas hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrail siyahısından 34 girovu azad etməyə razılaşıb. Bu barədə “Asharq” telekanalı radikal təşkilatdakı mənbəyə istinadən məlumat yayıb .
Onun sözlərinə görə, İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahı danışıqların son raundunda razılaşdırılmış meyarlara cavab verir. Buraya Qəzza zolağında saxlanılan qadınlar, uşaqlar və xəstələr daxildir. Qeyd edildiyi kimi, hərəkat bu girovları azad etməyə razılaşıb, lakin onların sağ olub-olmadığını dəqiq müəyyən etmək üçün təxminən bir həftə vaxt lazım olacaq.
Bildirək ki, 2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında bir həftə müddətinə humanitar atəşkəs yaradılıb. İsrail tərəfinin məlumatına görə, bu müddət ərzində onlar 110 girovu azad edə biliblər. Lakin dekabrın 1-də atəşkəs pozulub və Fələstin anklavında yenidən döyüşlər başlayıb. 2024-cü ildə Misir, Qətər və ABŞ-ın iştirakı ilə keçirilən məsləhətləşmələrin bir neçə raundundan sonra münaqişə tərəfləri sazişin parametrləri barədə razılığa gələ bilməyiblər.
Aytən Yaşar/ Turkustan.az