“Trampın komandası İrana hücum variantları üzərində işləyir” - ABŞ nəşri


“Trampın komandası İrana qarşı yeni sanksiyalar və hücum variantları üzərində işləyir”.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-nin “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, İran 2024-cü ildə daxildə ciddi iqtisadi böhran və Yaxın Şərqdə uğursuzluqlarla üzləşdiyi və çox zəif vəziyyətdə olduğu halda, yeni il İslam Respublikası üçün daha çətin olacaq, çünki Tehranı Donald Trampın yeni administrasiyası gözləyir.

Nəşrin məlumatına görə, Trampın komandası İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Eyni zamanda, Tramp prezident vəzifəsinə başlamazdan öncə İranın nüvə silahı istehsalının qarşısını almaq üçün hava hücumları da daxil olmaqla variantları nəzərdən keçirir.

Qeyd olunub ki, hazırda İran iqtisadiyyatı yanlış idarəçilik, korrupsiya və sanksiyalar səbəbindən iflic vəziyyətindədir. /azpolitika.info/


MANŞET XƏBƏRLƏRİ