Makron Suriyanı hər zaman dəstəkləyəcəyini bəyan edib


Makron Suriyaya dəstək olacağını etiraf edib.

Turkustan.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron, Bəşər Əsəd rejiminin devrildiyi Suriyada “azad, suveren və hörmətli” dövlətin qurulması istiqamətində keçid prosesini dəstəkləyəcəklərini bildirib.

Yelisey sarayında Fransa səfirləri qarşısında ənənəvi çıxışında Makron ABŞ ilə münasibətlərdən tutmuş Ukrayna müharibəsinə, İranın nüvə proqramından Yaxın Şərqdəki vəziyyətə qədər bir çox mövzuda ölkəsinin xarici siyasət prioritetlərini açıqlayıb.

Prezident Bəşər Əsəd rejiminin devrildiyi Suriyada keçid prosesinin ciddi şəkildə izlənilməli olduğunu bəyan edib. O, həmçinin bu dəstəyin uzunmüddətli perspektivdə davam edəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ