Zelenski qalmaqallı bir müsahibə verib.
Turkustan.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin ilk günlərində Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukraynaya raket hücumlarına görə Belarusdan üzr istədiyini deyib.
ABŞ podkaster Lex Fridman-a danışan Zelenski Rusiya-Ukrayna müharibəsi, sülh danışıqları, Ukraynadakı güc dinamikası və liderlərin görüşləri kimi bir çox mövzunu dəyərləndirib.
Rusiya-Ukrayna müharibəsinin ikinci və ya üçüncü günündə Lukaşenko ilə telefon danışığı apardıqlarını bildirən Zelenski, "Lukaşenko məndən üzr istədi və dedi: Bu mənim günahım deyil. Raketlər mənim ərazimdən atıldı. amma onları işə salan Rusiya prezidenti Vladimir idi. Mənim şahidlərim var”-deyə, bildirib.
ABŞ-ın Corc Buşun dövründə Ukraynanın NATO üzvlüyünü dəstəklədiyinə işarə edən Zelenski, “Almaniyanın keçmiş kansleri Angela Merkel buna qarşı çıxdı və hamını Ukraynaya NATO-ya üzv olmaq üçün dəvət verməməyə məcbur etdi” dedi.
Yeni seçilmiş prezidenti Donald Trampın prezidentliyi ilə bağlı isə Zelenski bunları deyib: “Mən inanıram ki, Tramp Putinə təzyiq edərək müharibəni dayandırmaq gücünə malikdir, lakin bu, yalnız ciddi təhlükəsizlik zəmanətləri ilə mümkündür”.
Müharibənin bitəcəyinə və Trampın Ukraynaya təyyarə ilə gələn ilk lider olacağına inandığını deyən Zelenski, bunun simvolik bir addım olacağına diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az