NATO Ukrayna üçün bir araya gələcək


Rusiya-Ukrayna müharibəsində bombardmanların intensivliyi artır.

Turkustan.az xəbər verir ki, Rusiyanın Ukraynanın Sumi şəhərinə hücumunda yaşayış məntəqələri də hədəf alınıb. Hücumda 2-si uşaq olmaqla 7 nəfər yaralanarkən, Ukrayna da ABŞ istehsalı olan uzaq mənzilli ATACMS raketləri ilə Rusiyanı hədəfə alıb. Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, raketlərin hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Bu arada NATO Almaniyada Ukraynanın hava hücumundan müdafiə gücünü artırmaq üçün iclas keçirəcək.

Bildirək ki, Zelenski bu yaxınlarda Almaniyanın Ramşteyn şəhərindəki NATO bazasında Rusiyanın artan hava hücumlarına qarşı görüləcək tədbirləri müzakirə etmək üçün toplantı keçiriləcəyini açıqlamışdı. O, hava hücumundan müdafiə sisteminə töhfə verəcək bütün ölkələrə təşəkkürünü bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ