Qəzzada körpə ölümləri artmaqda davam edir.
Turkustan.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım Agentliyi İsrailin soyqırımını davam etdirdiyi Qəzza zolağında soyuq hava şəraiti səbəbiylə donaraq ölən körpələrin sayının 7-yə yüksəldiyini açıqlayıb.
Agentliyin X hesabında edilən şərhdə, soyuq hava və sığınacaq çatışmazlığının İsrailin hücumları altında olan Qəzzada yeni doğulan uşaqların ölümünə səbəb olduğu bildirilib. Açıqlamada Qəzzada 7700 körpənin həyatını xilas etmək üçün lazım olan qayğıdan məhrum olduğu da qeyd edilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrail ordusunun hücumlarını pisləyib və 2024-cü ilin oktyabrından bəri Kamal Advan Xəstəxanasına 50 hücum təşkil edildiyini təsdiqləyib. Bəyanatda Kemal Advan Xəstəxanasının direktoru Husam Əbu Safiyenin də azadlığa buraxılması da tələb edilib.
Aytən Yaşar/ Turkustan.az